Məhkumların İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyinin Artırılmasına Yardım Layihəsi çərçivəsində Hüquqi Yardım, Təlim və Monitorinq keçirildi

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım” layihəsi çərçivəsində Növbəti belə monitorinq 18 sentyabr 2024-ci il tarixində 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Layihənin əsas məqsədi, məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.

Məhkumların İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyinin Artırılmasına Yardım Layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Layihə çərçivəsində 42 məhkuma hüquqi məsləhətlər verilmiş, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılmışdır, 2məhkum üçün apleyasiya şikayəti yazılaraq özlərinə təhvil verilmişdir.  27 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb.

Layihə çərçivəsində həmçinin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinə dair müntəzəm monitorinqlər aparılmışdır. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və ortaya çıxan potensial problemlərin həllinə töhfə verməkdir.

Monitorinqlər zamanı Məhkumların saxlanma şəraiti, Səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, Məhkumların ailə üzvləri və hüquqi nümayəndələri ilə əlaqəsi, Təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları  diqqət mərkəzində olmuşdur:

Layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcəkdir. Layihə çərçivəsində məhkumlara hüquqi yardımların davam etdirilməsi və onların hüquq və azadlıqlarının qorunması istiqamətində yeni fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Əlaqə məlumatları

“Konstitusiya” Araşdırmalar Fondu

Əlaqə şəxs: Əliməmməd Nuriyev

Telefon: +994502232929

Email: nuriyevalimammad@gmail.com

Vebsayt: www.kafondu.org

“Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi layihə çəçivəsində daha 105 məhkuma ödənişsiz hüquqi yardım göstərilib və 180 məhkum əfvetmə, amnsistiya  və   cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə maarifləndirilib.

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım”  layihəsinin icrasını davam etdirir.

Layihə heyəti cari ilin 15 avqust tarixində 7  saylı cəzaçəkmə müəssisəsində, 16 avqust tarixində 10 saylı cəzaçəkmə müəssisəsində, 19 avqust  tarixində 17 saylı cəzaçəkmə müəssisəsinə və 20 avqust tarixində 2 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib.

Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən, müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, ibadət otağına baxış keçirilib. Məhkumlarla fərdi söhbət aparılıb, onların müraciətləri qeydə alınıb, müvafiq sənədlər nəzərdən keçirilib.

Monitorinq zamanı məhkumlara Vəkillər Kollegiyasının üzvləri Hafiz Həsənov və Əlibaba Rzayev tərəfindən hüquqi yardım göstərilib. Ümumilikdə, bu səfərlər zamanı  105 məhkuma hüquqi yardım göstərilib.

Layihənin digər eksperti Mirəli Hüseynov səfərlər zamanı məhkumlara cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumat verib. Məhkumların suallarını cavablandırıb, onları maraqlandıran məsələləri ətraflı izah edib. Bu seminarlarda ümümilikdə,  180 nəfər iştirak edib. 1600 məhkuma isə layihə çərçivəsində hazırlanmış bukletlər paylanmışdır. Layihə rəhbəri, “Konstitusiya” Araşdırmalar Fondunin prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, monitorinq səfərləri avqust və sentyabr aylarında davam etdiriləcək. Monitorinqlərin nəticəsində cəzaçəkmə müəssisələrində mövcud vəziyyət ilə bağlı, tövsiyyələri də əks edtirən  hesabat hazırlanacaq və müvafiq dövlət qurumlarına təqdim ediləcək.

100dən çox məhkuma hüquqi yardım göstərilib

“Konstitusiya” Araşdırmalar Fondun həyata keçirdiyi layihə çəçivəsində 101  məhkuma ödənişsiz hüquqi yardım alıb və 194 məhkum əfvetmə, amnsistiya  və   cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə maarifləndirilib.

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım”  layihəsinin icrasını davam etdirir.

Belə ki, Əliməmməd Nuriyevin rəhbərliyi altında layihə heyəti cari ilin 3 iyul tarixində Şəki qarışıq tipli cəzaçəkmə müəssisəsində, 4 iyul tarixində Gəncə istintaq təcridxanasında, 8 İyul tarixində Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində, 7 avqust tarixində 1 saylı və 8 avqust tarixində saylı cəzaçəkmə müəssisəsində 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq səfərləri təşkil edilmişdir.

Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən, müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

Monitorinq zamanı məhkumlara vəkillər kollegiyasının üzvləri Hafiz Həsənov və Əlibaba Rzayev tərəfindən peşəkər hüquqi yardım göstərilmişdir. Ümumilikdə 101 məhkuma hüquqi yardım göstərilmişdir.

Layihənin digər eksperti Mirəli Hüseynov səfərlər zamanı məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə bağlı qanunvericilik mövzularında maarifləndirmiş və məhkumların suallarını cavablandırmışdır. Seminarlarda ümümilikdə 194 nəfər iştirak etmişdir. Iki min məhkuma layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır.

Monitorinq səfərləri avqust və sentyabr aylarında davam etdiriləcək. Sonda cəzaçəkmə müəssisələrində mövcud vəziyyət ilə bağlı hesabat hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim ediləcək.

AZƏRBAYCANDA QADINLARIN İŞTİRAKÇILIĞI SAHƏSİNDƏ MÖVCUD VƏZİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ

Bu hesabat «Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Qadınların ictimai iştirakçılıqda rolunun gücləndirilməsi” təşəbbüsü çərçivəsində hazırlanıb. Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” proqramının dəstəyi ilə icra olunub.

Hesabat Azərbaycanda qadınların iştirakçılığı sahəsində vəziyyətin qiymətləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin icmalına həsr edilmiş və təhlil nəticəsində təklifləri özündə ehtiva edir. Araşdırma nəticəsində Azərbaycanda qadınların iştirakçılığının genişləndirilməsini məhdudlaşdıran, əngəl olan məqamlar müəyyən edilmişdir. Həmin mənfi halların aradan qaldırılması məqsədilə Finlandiya, Avstraliya, İsveçrə, Ukrayna, Gürcüstan, İspaniya, Fransa, Belçikanın yaxşı təcrübəsinə istinad edilmişdir.

Hesabat, həmçinin İctimai Şuralarda qadınların təmsilçiliyi ilə əlaqədar nailiyyətlər və çətinliklər, 2022-ci il və 2024-ci illər üzrə İctimai Şuralarda qadınların təmsilçiliyi ilə əlaqədar statistik analiz, Şuralara üzv qadınların üzləşdiyi çətinliklər, İctimai Şura üzvləri qadınlar arasında keçirilən sorğunun nəticələrini, tövsiyələri əks etdirir.

Hesabatı yükləyin.

2022- il üzrə statistik göstəricilər

2024-cü il üzrə statistika

İctimai Şuraların qadın üzvləri arasında sorğunun nəticələri

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər təqdim edilib.

18 mart  tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin
təkmilləşdirilməsinə dəstək” layihəs çərçivəsində “Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili”  mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox  QHT təmsilçisi iştirak edib.

“Demokratiyanı öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov layihə haqqında məlumat verərək Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən məlumat verən şəxslərin müdafiəsi üzrə qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin eksperti Şahin Nəsrullayev məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.

Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.

M.Hüseynov və Ş.Nəsrullayev  müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib.

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslər üzrə qanunvericiliyin təkmilləşdirliməsi üzrə TƏKLİFLƏR

  • Milli qanunverilikdə “korrupsiya hüquqpozmaları haqqında məlumat vermə”nin anlayışı müfəssəl verilsin. Həmçinin yalnız baş verməkdə olan, yaxud artıq baş vermiş hüquqpozmaları haqqında deyil, hüquqpozmaların baş verəcəyi ehtimalı yaxud şübhəsi haqqında məlumat verilməsi bu anlayşın məzmun dairəsinə daxil edilsin
  • Özəl sektorda korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin müdafiəsi ilə bağlı normative baza işlənilsin. Bu zaman ABŞ, Litva, Macarıstan   təcrübəsindən istifadəe dilə bilər. Bu təcrübə onu nəzərdə tutur ki, korrupsiya halları barədə məlumatlı şəxslər dövlət adından hüqupozma törədən tərəfləri məhkəməyə verə və müsadirə olunacaq  əmlakın  15-20%-ni almaq imkanına malik olsunlar. Eyni zamanda korporativ idaretmə ilə əlaqədar qanunvericilikdə, kompleyns standartlaırnda korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxslərin müdafiəsi mexanizmləriin yaradılması bir tələb kimi nəzərdə tutulsun.
  • Məlumat verən şəxslərin anonimliyinin, xüsusən mümükn istintaq prosesi zamanı anonimliyin qorunması təminatları gücləndirilsin.
  • Müdafiə tədbirlərinin tətbiqində verilmiş məlumatın xarakterindən asılı olaraq  stanrt yanaşmadaın imtian edilsin. Ola bilsin ki, verilmiş məlumatın xarakteri tələb edir ki, hətta məlumat vermis şəxsin müraciəti olmadan ona birbaşa müdafiə tədbirləri tətbiq edilsin. Bu imkan qanunvericlikdə nəzərdə tuutlmalıdır.
  • Məlumat verənlərin həvəsləndirilməsi tədbiləri nəzərdə tutulmalldır. MDB ölkələrinin qanunverilciyində artıq bu təcrübə tətbiq olunmağa başalyıb. Ən son Özbəkistanda bu addım atılıb.
  • Məlumatverənlərin işlədiyi yerlərdə müdafiəsi, onların anonimliyinin qorunması təminatları gücləndirilməlidir.
  • Hər il korrupsiya hüquqpozmaları haqqında məlumat verənlər, həyata keçirilmiş həvəsləndirmə tədbiləri, dəymiş ziyanın ödənilməsi, müsadrə olunmuş əmlak haqqında ümumləşdirilmiş məlumatlar açıqlanması nəzərdə tutulmalıdır.

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili

Bu təhlil “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Layihənin məqsədi Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstərilməsidir. Layihə çərçivəsində məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar qabaqcıl təcrübə nəzərə alınmaqla təkliflər hazırlanıb. Məlumat verən şəxslərin müdafiəsinə sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanacaq.

Tədqiqatla burdan tanış ola bilərsiniz

Vəzifəli şəxslərin gəlir deklarasiyaları necə təqdim olunsun?

Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı, gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi, bu sahədə mövcud problemlər, imkanlar və  risklər müzakirə edilib,  tövsiyələr təqdim olunub

30 oktyabr tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib. Müzakirələr Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Fondun icra etdiyi  “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması”  layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ədliyyə,  Maliyyə, İqtisadiyat  Nazirliklərinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox  QHT təmsilçisi iştirak edib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev layihə haqqında məlumat verərək vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən vəzifəli şəxslər tərəfindən təqdim olunacaq gəlir bəyannamələrinin forması layihəsi, həmçinin qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin ictimai əsaslarla eksperti Zaur İbrahimli maliyyə xarakterli məlumatların təqdim edilməsi forması layihəsini, təqdim olunma mexanizmi ilə əlaqədar qabacıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.

Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.

Ə.Nuriyev  müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib. Ə.Nuriyev dövlət orqanları ilə QHT ekspertlərinin bu mövzuda ekspert müzakirələrinin təşkil edilməsiylə bağlı təkliflərin həyata keçirilməsi üçün səy göstəriləcəyini də açıqlayıb.

Vəzifəli şəxslərin hesabatlılığını  tənzimləyən qanunvericiliyə dəyişikliklər hazırlanacaq

“Konstitusiya” Araşdırmalar Fondu təkliflər paketi təqdim edəcək

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılıq mexanizminin yaradılmasına yardım göstərilməsidir .  Layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılıq mexanizmi ilə bağlı milli və beynəlxalq qanunvericiliyin analizi  aparılaraq vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi  aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq. Dövlət qulluqçuları və vəzifəli şəxslərin gəlirlərinin açıqlanması korrupsiyanın səviyyəsinin azaldılmasında böyük təsirə malik olduğundan bu sahə təşkilatın prioritetlərindən biridir. Layihə fəaliyyətləri mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur.

Həbsxanalar və müvəqqəti saxlama yerlərinin monitorinqi baş çatıb Monitorinqin nəticələri və təkliflər bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edilib

“Konstitusiya” Araşdırmalar Fondu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən dəstəklənən “Saxlanma yerlərinin monitorinqi” layihəsinin icrasını başa çatdırıb. Mogan Hotel Baku-da layihənin yekunları təqdim edilib və cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində aparılmış monitorinqlərin nəticələrinin müzakirəsi keçirilib. Tədbirdə cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində işin təşkili ilə birbaşa məşqul olan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət və digər dövlət qurumları, qeyri hökümət təşkilatları və maraqlı digər tərəflər iştirak edib.

Monitorinqin nəticələri əsasında hazırlanmış təkliflər, mövcud çətinliklərin həlli, mümükün islahatlar müzakirəyə təqdim edilib. 

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Layihə Koordinatoru Rəşad Əliyev və Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, QHT nümayəndələri,  ekspertlər, dövlət qurumlaırnın nümayəndələri ilə öz fikirlərini ilə bölüşüb.  Ümimilikdə, müzakirələrə on dövlət qurumunun nümayəndəsi qatılıb.

  Layihənin məqsədi başçəkmə/monitorinqlər vasitəsilə cəzaçəkmə müəssisələrində şəraiti, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması sahəsində irəliləyişlərin, əldə edilmiş uğurların, mövcud çətinliklərin öyrənilməsi və müvafiq tövsiyələrin verilməsidir.

AZ | EN