Home » Uncategorized » Məhkumların İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyinin Artırılmasına Yardım Layihəsi çərçivəsində Hüquqi Yardım, Təlim və Monitorinq keçirildi

Məhkumların İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyinin Artırılmasına Yardım Layihəsi çərçivəsində Hüquqi Yardım, Təlim və Monitorinq keçirildi

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım” layihəsi çərçivəsində Növbəti belə monitorinq 18 sentyabr 2024-ci il tarixində 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Layihənin əsas məqsədi, məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.

Məhkumların İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyinin Artırılmasına Yardım Layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Layihə çərçivəsində 42 məhkuma hüquqi məsləhətlər verilmiş, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılmışdır, 2məhkum üçün apleyasiya şikayəti yazılaraq özlərinə təhvil verilmişdir.  27 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb.

Layihə çərçivəsində həmçinin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinə dair müntəzəm monitorinqlər aparılmışdır. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və ortaya çıxan potensial problemlərin həllinə töhfə verməkdir.

Monitorinqlər zamanı Məhkumların saxlanma şəraiti, Səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, Məhkumların ailə üzvləri və hüquqi nümayəndələri ilə əlaqəsi, Təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları  diqqət mərkəzində olmuşdur:

Layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcəkdir. Layihə çərçivəsində məhkumlara hüquqi yardımların davam etdirilməsi və onların hüquq və azadlıqlarının qorunması istiqamətində yeni fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Əlaqə məlumatları

“Konstitusiya” Araşdırmalar Fondu

Əlaqə şəxs: Əliməmməd Nuriyev

Telefon: +994502232929

Email: nuriyevalimammad@gmail.com

Vebsayt: www.kafondu.org

AZ | EN