Home » Layihələr » “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi

“Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtidsadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi

çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsiçərçivəsində Bakı, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ rayonlarından sosial layihələr həyata keçirən 20 QHT-nin seçilməsi, bu QHT-lərdən ibarət Şəbəkə yaradılması, QHT-lərin sosial layihələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə əlaqədar bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi nəzərdə tutulmuşdur.

“Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsinin icrasına 2017-ci ilin oktyabr ayında başlanılmışdır.

Layihənin benefisiarları Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ (Şəki-Zaqatala region) rayonlarında sağlamlıq imkanları məhdud şəxslər və onların ailələri , Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri, DSMF-in yerli şöbələrində çalışan sosial işçilər, sosial xidmətlər sahəsində təcrübəsi olan, bu istiqamətdə işləməyi nəzərdə tutan yerli QHT-lər, yerli hüquqşünaslar, yerli sosial xidmətlər həyata keçirən müəssisələr (səhiyyə və təhsil müəssisələrində çalışan həkim və müəllimlər), yerli özünüidarəetmə orqanları, milli səviyyədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə və Təhsil Nazirliyi olmuşdur.

AZ | EN