- Milli qanunverilikdə “korrupsiya hüquqpozmaları haqqında məlumat vermə”nin anlayışı müfəssəl verilsin. Həmçinin yalnız baş verməkdə olan, yaxud artıq baş vermiş hüquqpozmaları haqqında deyil, hüquqpozmaların baş verəcəyi ehtimalı yaxud şübhəsi haqqında məlumat verilməsi bu anlayşın məzmun dairəsinə daxil edilsin
- Özəl sektorda korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin müdafiəsi ilə bağlı normative baza işlənilsin. Bu zaman ABŞ, Litva, Macarıstan təcrübəsindən istifadəe dilə bilər. Bu təcrübə onu nəzərdə tutur ki, korrupsiya halları barədə məlumatlı şəxslər dövlət adından hüqupozma törədən tərəfləri məhkəməyə verə və müsadirə olunacaq əmlakın 15-20%-ni almaq imkanına malik olsunlar. Eyni zamanda korporativ idaretmə ilə əlaqədar qanunvericilikdə, kompleyns standartlaırnda korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxslərin müdafiəsi mexanizmləriin yaradılması bir tələb kimi nəzərdə tutulsun.
- Məlumat verən şəxslərin anonimliyinin, xüsusən mümükn istintaq prosesi zamanı anonimliyin qorunması təminatları gücləndirilsin.
- Müdafiə tədbirlərinin tətbiqində verilmiş məlumatın xarakterindən asılı olaraq stanrt yanaşmadaın imtian edilsin. Ola bilsin ki, verilmiş məlumatın xarakteri tələb edir ki, hətta məlumat vermis şəxsin müraciəti olmadan ona birbaşa müdafiə tədbirləri tətbiq edilsin. Bu imkan qanunvericlikdə nəzərdə tuutlmalıdır.
- Məlumat verənlərin həvəsləndirilməsi tədbiləri nəzərdə tutulmalldır. MDB ölkələrinin qanunverilciyində artıq bu təcrübə tətbiq olunmağa başalyıb. Ən son Özbəkistanda bu addım atılıb.
- Məlumatverənlərin işlədiyi yerlərdə müdafiəsi, onların anonimliyinin qorunması təminatları gücləndirilməlidir.
- Hər il korrupsiya hüquqpozmaları haqqında məlumat verənlər, həyata keçirilmiş həvəsləndirmə tədbiləri, dəymiş ziyanın ödənilməsi, müsadrə olunmuş əmlak haqqında ümumləşdirilmiş məlumatlar açıqlanması nəzərdə tutulmalıdır.
Home » Uncategorized » Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslər üzrə qanunvericiliyin təkmilləşdirliməsi üzrə TƏKLİFLƏR