“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanın və Şərqin böyük mütəfəkkirlərindən olan Şəmsəddin Təbrizinin “Məqalat’’ və ya “Xirqeyi Şəms’’ adı ilə tanınan əsərinin ölkəmizdə ilk dəfə, 2013-cü ildə Azərbaycan dilində nəşrini həyata keçirib.
“Məqalat” əsəri Mehmed Nuri Gencosman tərəfdən türkiyə türkcəsinə çevrilib. Tərcüməçi vəfat etdiyindən “Konstitusiya” Araşdırmalar Fondu onun varislərindən və “7 Tepe Yayın Ev”indən əsərinin Azərbaycan türkcəsinə çevrilməsi və nəşri üçün hüquqlar əldə edib.
Əsər Azərbaycan dilinə tanınmış jurnalist Rəsul Mirhəşimli tərəfindən çevrilib. O, həmçinin nəşrin redaktorudur.
Akademik, filologiya elemləri doktoru, professor Rafael Hüseynov kitaba ön söz yazmışdır.
Şəmsəddin Təbrizinin “Məqalat’’ əsəri təsəvvüf irsində qiymətli xəzinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri təsəvvüf barədə geniş məlumatlar verir və Qurani-Kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütəfəkkirləri barədə də məlumatlarla zəngindir.
Kitabın PDF variantını “Konstitusiya” Araşdırmalar Fondunun saytından buradan yükləyə bilərsinizhttp://kafondu.org/wp-content/uploads/2020/08/Shems_Tebrizi_Meqalat_eseri.pdf.