Bu Kitabın çapı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vasitəçiliyilə Amerika xalqının köməyi əsasında “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilmişdir.
Bakı Dövlət Universiteti Hüquq fakültəsi Elmi Şurasının 26 sentyabr 2017-ci il tarixli 01 saylı iclasının və İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının 25 sentyabr 2017-ci il tarixli 01 saylı iclasının qərarları ilə dərs vəsaiti kimi tövsiyə edilmişdir.
Hicran Hüseynova, Əmir Əliyev, Pərvanə Bayramova, Əliməmməd Nuriyev, Elgün Səfərov, Aydın Səfixanlı, Qulamhüseyn Əlibəyli. Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər. Dərs vəsaiti. Bakı, 2018.
Dərs vəsaitində qadın hüquqlarının beynəlxalq və milli (dövlətdaxili) hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar (universal və regional), o cümlədən Azərbaycan Respublikasının milli (dövlətdaxili) qanunvericiliyi əsasında geniş təhlil edilmişdir.
Kitabı bu link vasitəsilə yükləyə bilərsiniz.