Dövlət satınalmalarında şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində çatışmazlıqlar, boşluqların təhlili aparılıb, hökumətə təkliflər təqdim olunub
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB ekspertləri Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Dövlət satınalmalarında şəffaflığın artırılması” təşəbbüsü üzrə “Dövlət satınalamalarında Şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı hazırlayıblar. Tədqiqat Hesabatında Azərbaycan Respublikasında dövlət satınalmalarında şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində çatışmazlıqlar, boşluqların təhlili aparılıb, korrupsiya riski yaradan, korrupsiya sövdələşmələrinə və subyektiv qərarların verilməsinə yol açan müddəalar müəyəynləşdirilib, şəffaflıq mexanizmlərinin effektivliyi qiymətləndirilib. Hesabat həmçinin Dövlət satınalmalarında şəffaflıq sisteminin təkmilləşdirilməsi üçün təklifləri əks etdirir. Beynəlxalq təcrübənin analizi və Azərbaycan təcrübəsində E-satınalamların Vahid Elektron Portalının monitorinqi əsasında İctimai nəzarətin təşkili üçün təkliflər hazırlanıb və təqdim olunub. Bu Hesabatda hazırlanmasında Şəffaflıq Azərbaycanın 2016-2018-ci illərdə dövlət satınalmalarında şəffaflıq mexanizmləri bağlı apardığı tədqiqatlardan da istifadə olunub. Tədqiqat Hesabatı AR Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə təqdim olunub.
Hesabatla buradan tanış ola bilərsiniz