Home » Hesabatlar » “Sosial İş Bacarıqları” kitabçası

“Sosial İş Bacarıqları” kitabçası

Bu kitabçanın məqsədi sosial işçilərə fərd və ailələrlə (o cümlədən uşaqlarla) işləyən zaman uşaqlara, əlilliyi olan şəxslərə, tənha ahıllara və digər kövrək əhali qrupuna sosial işi düzgün təşkil etmək üçün lazım olan bilik və praktiki bacarıqlara yiyələnmədə kömək etməkdir.

Kitabça ilə yaxından tanış olduqca bir sosial işçinin sahib olmalı olduğu bilik və bacarıqlar, sosial işin nəzəri yanaşmaları və praktiki məsləhətlər barədə məlumatlılıq səviyyəsi artacaqdır. Xüsusi ilə, ailələrlə işləyən zaman qiymətləndirmədə istifadə edilən metod və yanaşmalar ilə bağlı detallı informasiya əldə ediləcək.

Kitab Avropa Birliyi tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində nəşr olunub.

Kitabçanın PDF versiyasnı buradan yükləyin

AZ | EN