Home » Uncategorized

Category Archives: Uncategorized

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər təqdim edilib.

18 mart  tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin
təkmilləşdirilməsinə dəstək” layihəs çərçivəsində “Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili”  mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox  QHT təmsilçisi iştirak edib.

“Demokratiyanı öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov layihə haqqında məlumat verərək Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən məlumat verən şəxslərin müdafiəsi üzrə qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin eksperti Şahin Nəsrullayev məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.

Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.

M.Hüseynov və Ş.Nəsrullayev  müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib.

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslər üzrə qanunvericiliyin təkmilləşdirliməsi üzrə TƏKLİFLƏR

  • Milli qanunverilikdə “korrupsiya hüquqpozmaları haqqında məlumat vermə”nin anlayışı müfəssəl verilsin. Həmçinin yalnız baş verməkdə olan, yaxud artıq baş vermiş hüquqpozmaları haqqında deyil, hüquqpozmaların baş verəcəyi ehtimalı yaxud şübhəsi haqqında məlumat verilməsi bu anlayşın məzmun dairəsinə daxil edilsin
  • Özəl sektorda korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin müdafiəsi ilə bağlı normative baza işlənilsin. Bu zaman ABŞ, Litva, Macarıstan   təcrübəsindən istifadəe dilə bilər. Bu təcrübə onu nəzərdə tutur ki, korrupsiya halları barədə məlumatlı şəxslər dövlət adından hüqupozma törədən tərəfləri məhkəməyə verə və müsadirə olunacaq  əmlakın  15-20%-ni almaq imkanına malik olsunlar. Eyni zamanda korporativ idaretmə ilə əlaqədar qanunvericilikdə, kompleyns standartlaırnda korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxslərin müdafiəsi mexanizmləriin yaradılması bir tələb kimi nəzərdə tutulsun.
  • Məlumat verən şəxslərin anonimliyinin, xüsusən mümükn istintaq prosesi zamanı anonimliyin qorunması təminatları gücləndirilsin.
  • Müdafiə tədbirlərinin tətbiqində verilmiş məlumatın xarakterindən asılı olaraq  stanrt yanaşmadaın imtian edilsin. Ola bilsin ki, verilmiş məlumatın xarakteri tələb edir ki, hətta məlumat vermis şəxsin müraciəti olmadan ona birbaşa müdafiə tədbirləri tətbiq edilsin. Bu imkan qanunvericlikdə nəzərdə tuutlmalıdır.
  • Məlumat verənlərin həvəsləndirilməsi tədbiləri nəzərdə tutulmalldır. MDB ölkələrinin qanunverilciyində artıq bu təcrübə tətbiq olunmağa başalyıb. Ən son Özbəkistanda bu addım atılıb.
  • Məlumatverənlərin işlədiyi yerlərdə müdafiəsi, onların anonimliyinin qorunması təminatları gücləndirilməlidir.
  • Hər il korrupsiya hüquqpozmaları haqqında məlumat verənlər, həyata keçirilmiş həvəsləndirmə tədbiləri, dəymiş ziyanın ödənilməsi, müsadrə olunmuş əmlak haqqında ümumləşdirilmiş məlumatlar açıqlanması nəzərdə tutulmalıdır.

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili

Bu təhlil “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Layihənin məqsədi Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstərilməsidir. Layihə çərçivəsində məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar qabaqcıl təcrübə nəzərə alınmaqla təkliflər hazırlanıb. Məlumat verən şəxslərin müdafiəsinə sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanacaq.

Tədqiqatla burdan tanış ola bilərsiniz

Vəzifəli şəxslərin gəlir deklarasiyaları necə təqdim olunsun?

Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı, gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi, bu sahədə mövcud problemlər, imkanlar və  risklər müzakirə edilib,  tövsiyələr təqdim olunub

30 oktyabr tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib. Müzakirələr Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Fondun icra etdiyi  “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması”  layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ədliyyə,  Maliyyə, İqtisadiyat  Nazirliklərinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox  QHT təmsilçisi iştirak edib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev layihə haqqında məlumat verərək vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən vəzifəli şəxslər tərəfindən təqdim olunacaq gəlir bəyannamələrinin forması layihəsi, həmçinin qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin ictimai əsaslarla eksperti Zaur İbrahimli maliyyə xarakterli məlumatların təqdim edilməsi forması layihəsini, təqdim olunma mexanizmi ilə əlaqədar qabacıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.

Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.

Ə.Nuriyev  müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib. Ə.Nuriyev dövlət orqanları ilə QHT ekspertlərinin bu mövzuda ekspert müzakirələrinin təşkil edilməsiylə bağlı təkliflərin həyata keçirilməsi üçün səy göstəriləcəyini də açıqlayıb.

Vəzifəli şəxslərin hesabatlılığını  tənzimləyən qanunvericiliyə dəyişikliklər hazırlanacaq

“Konstitusiya” Araşdırmalar Fondu təkliflər paketi təqdim edəcək

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılıq mexanizminin yaradılmasına yardım göstərilməsidir .  Layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılıq mexanizmi ilə bağlı milli və beynəlxalq qanunvericiliyin analizi  aparılaraq vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi  aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq. Dövlət qulluqçuları və vəzifəli şəxslərin gəlirlərinin açıqlanması korrupsiyanın səviyyəsinin azaldılmasında böyük təsirə malik olduğundan bu sahə təşkilatın prioritetlərindən biridir. Layihə fəaliyyətləri mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur.

Sosial Tədqiqatlar Mərkəzi Açıq hökumətin təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına və digər ixtisaslaşmış QHT-lərə texniki və metodiki dəstək göstərəcək

Sosial Tədqoqatlar Mərkəzi “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.6-cı yarımbəndinin icrası çərçivəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarına metodiki və texniki dəstək göstərəcəkdir.
Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov və Açıq hökumətin təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev arasında razılıq əldə edilmişdir. Platformaya daxil olan ixtisaslaşmış qeyri-hökumət təşkilatları öz tədbirlərini təşkil etmək məqsədi ilə Mərkəzin konfrans zallarından və texniki avadanlıqlarından istifadə edə biləcəkdir. Mərkəz həmçinin tədqiqat aparan ixtisaslaşmış QHT-lərə tədqiqatlar sahəsində metodiki təlimatlar verəcəkdir.
Əsasən mərkəzi icra hakimiyyəti orqanları və dövlət adından yaradılmış publik hüquqi şəxslər üzərinə “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi” vəzifəsi qoyulmuşdur.
Sosial Tədqiqatlar Mərkəzinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı mövcuddur. Mərkəz həmçinin Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə əməkdaşlıq edir. Mərkəz ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi göstərə bilmir. Mərkəzin qrant vermək səlahiyyəti yoxdur və onun adı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların” siyahısına daxil edilməmişdir.

Bununla belə Mərkəz Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına və digər ixtisaslaşmış QHT-lərə texniki dəstək göstərir. Bu təşkilatlar Mərkəzin böyük və kiçik konfrans zallarından, texniki avadanlıqlarından ödənişsiz istifadə edə bilərlər. Mərkəz həmçinin ixtisaslaşmış QHT-lərə təlimlərin təşkili, materiallarla təchizat sahəsində, həmçinin informasiya dəstəyi göstərir, onlara tədqiqat matreallarına çıxış imkanı yaradır və kitabxanadan istifadəyə şərait yaradır.

100 nəfər “İctimai iştirakçılığın hüquqi əsaləri və formaları” mövzusunda maariflənəcək

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yerli icra hakmiyyəti orqanları yanında  yaradılmış  İctimai Şuralara təlim dəstəyi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi gənclərin, ictimai fəalların, QHT nümayəndələrinin ictimai iştirakçılıq və ictimai nəzarət fəaliyyətləri sahəsində biliklərini inkişaf etdirmək, praktik bacarıqlarının artırmaqdır.  Layihənin icra müddəti 3 aydır. 6 region gəncləri və ictimai fəallarına  “İctimai iştirakçılıq haqqında qanunvericlik”, “İctimai iştirakçılıq formaları və onların praktikada tətbiqi”, “İctimai Şuranın ictimai iştirkaçılığın və ictimai nəzarətin həyata keçirilməsində hüquqi imkanalrı”, “İctimai Şuranın institusional inkişafı məsələləri” mövzusunda  təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər 2 peşəkar təlimçi tərəfindən keçiriləcək. İctimai Şuralaırn yerli səviyyəli qərarların qəbulunda rolunun artırılması, İctimai Şuraların fəaliyyətinin səmərliliyinin artırılması və potensialının gücləndirilməsi və yerli vətəndaş cəmiyyətinin ictimai iştirakçılıq fəaliyyətində rolunun artırılması layihənin hədəfləri sırasındadır.

Lənkəran-Astara iqtisadi rayoununda “Açıq təsərrüfat günləri ” proqramı icra olundu.

Bakı, Sumqayıt, Lənkəran və digər böyük şəhər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Açıq təsərrüfat günləri” proqramı həyata keçirildi. Proqram çərçivəsində 22-24 iyul tarixlərində Bakı və digər şəhərlərdən olan 502 nəfər “AgriVision” layihəsinə cəlb olunan turizm müəssisələrinə səfər edib aqrar/eko-turizm konsepsiyası ilə yerində tanış oldular. Proqramın əsas məqsədi onları aqrar/eko turizm xidmətləri və cənub bölgəsinin aqrar/eko turizm potensialı barədə məlumatlandırmaqdı. Bundan əlavə “Açıq təsərrüfat günləri” proqramı layihə çərçivəsində seçilmiş təsərrüfatlara yeni və ya genişləndirilmiş aqroturizm xidmətlərini sınaqdan keçirmək imkanı da vermişdir.

Proqram səfərləri zamanı iştirakçılar seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, təsərrüfat daxili gəzinti ilə kənd təsərrüfatı və kənd həyatı ilə tanış olmaq şansı əldə etdilər. Həmçinin, onlar aqrar/ekoturizm xidmətlərinin digər turizm imkanları ilə necə birləşə biləcəyini, bu kimi turizm növlərinin oxşar və fərqli cəhətləri ilə yaxından tanış oldular.

            Bütün bu səfərlər ərzində hər bir aqrar/eko-turizm məntəqəsində təsərrüfat sahibləri tərəfindən keçirilən təqdimatlar iştirakçılar tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, 3 gün dava edən və 500 nəfəri əhatə edən proqramda iştirak etmək üçün 837 nəfər müraciət etmişdir. Onlardan 208-i ya telefona cavab verməyib yada iştirakından imtina edib. Digır 629 nəfər proqramda iştirak üçün dəvət olunub. Dəvət olunan 629 nəfərdən 502-si iştirak edərək layihədən faydalanıblar.

İctimai iştirakçılıq, ictimai nəzarətlə bağlı çətinliklər müzakirə edilib

06 iyun tarixində Holiday İnn mehmanxansında Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya” Araşdırmalar Fondu və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilən layihələr çərçivəsində “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə dövlət orqanları, publik hüquqi şəxslər yanında yaradılmış İctimai Şura sədrləri, üzvləri daxil olmaqla əllidən çox QHT təmsilçisi, Milli Məclis, Nazirlər Kabineti, Ombudsman, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası üzvləri, Ədliyyə Nazirliyi, Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nümayəndələri iştirak ediblər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “İctimai iştirakçılıq haqqında qanunvericiliyə əlavə və dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib. Ə.Nuriyev ictimai iştirakçılıq haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərin mövcud təcrübəni, vətəndaş cəmiyyəti institutlarının rəyini, onların rastlaşdıqları problemlərin həlli ilə bağlı baxış və ideyaları nəzərə aldığını bildirib. Təkliflərin İctimai Şuraların daha səmərli işləməsi, müstəqilliyinin əsaslarının möhkəmləndirilməsi, Şuralara seçkilərdə müşahidə olunan nöqsanların aradan qaldırılması, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini əhatə etdiyini diqqətə çatdıran Ə.Nuriyev bu təkliflərin müəllifinin məhz bütövlükdə vətəndaş cəmiyyəti olduğunu xüsusi vurğulayıb.

Ə.Nuriyev qeyd edib ki, müşahidə olunan nöqsanlarla yanaşı vətəndaş cəmiyyəti ictimai iştirakçılıq və ictimai nəzarətin həyata keçirilməsində fəal olmağa çalışır, bu sahədə mövcud imkanlardan daha dolğun və səmərəli istifadə edilməsi üçün əlverişli hüquqi mühit yaradılması əsas şərtlərdən biridir, eyni zamanda bu sahədə fəaliyyətin əlaqələndirilməsinə ehtiyac var və müvafiq koordinasiya mexanizmi yaradılması nəzərdən keçirilməlidir. Dövlət orqanları daha məsuliyyətlə yanaşmalıdırlar, QHT-lər də öz növbəsində peşəkarlıq, maraqlar toqquşmasının yol verilməzliyi prinsiplərini rəhbər tutmalıdırlar. Qanunvericliyə təklif olunan dəyişikliklər hər iki istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə çətinlikləri dəf etməyi hədəfləyib.
Ə.Nuriyev dövlət başçısının ictimai nəzarətin vacibliyi barədə fikrilərini, çağırışlarını xatırladaraq, mövcud vəziyyətin qarşıya qoyulan vəzifələrin həllinə imkan vermədiyini, bu sahədə çətinliklərin aradan qaldırılması üçün əlavə səylərə ehtiyac olduğunu qeyd edib.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbarhimov “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyət: naliyyətlər və çətinliklər” mövzusunda təqdimatla çıxış edib. İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılmış təqdiqatın nəticələrini açıqlayıb.

Statistik təhlil göstərib ki, İctimai Şuralarda qadınların və gənclərin təmsilçiliyi aşağı səviyyədədir. Qadınların səlahiyyətləndirilməsi, regionlarda İctimai Şuraların yaradılması prosesində qanunverciliyin tələblərinə əməl olunmasında çətinliklər müşahidə olunur. QHT-lər arasında keçirilən sorğuda QHT-lərin əksəriyyəti qeyd edib ki, dövlət orqanları ictimai iştirakçılıq və nəzarət məsələlərinə kifayət qədər diqqət göstərmirlər, həmçinin ictimai iştirakçılığın digər formalarından istifadə olunması aşağı səviyyədədir.

Sorğunun nəticələrinə əsasən QHT-lər bunu bilik və bacarıqların, maliyyə dayanıqlığının yetərli səviyyədə olmaması, dövlət orqanlarının formal yanaşması ilə izah ediblər. Sorğunun nəticələri QHT-lərin ictimai iştirakçılıq və nəzarətin həyata keçirilməsi ilə bağlı vəziyyəti əsasən qeyri-qənaətbəxş qiymətləndirdiyini göstərib. Həmçinin, QHT-lər vətəndaşların ictimai iştirakçılıq və nəzarətlə bağlı məlumatlılıq səviyyəsinin aşağı olmasını qeyd ediblər. QHT-lər müsbət məqamlar kimi dövlət orqanlarının keçirilən tədbirlərdə iştirakını, əməkdaşlığını, informasiya sorğularının cavablandırılması vəziyyətinin yaxşılaşmasını qeyd ediblər.

Bir neçə istiqamətdə təkliflər irəli sürülüb, QHT-lər dövlət orqanları və QHT-lərə bu sahədə təlim dəstəyinin verilməsini, ali və yuxarı hakmiyyət orqanlarının ictimai iştirakçılıqla bağlı müvafiq təlimatlar verməsini, dövlət orqanları, publik hüquqi şəxslər və dövlət şirkətlərinin ictimai iştirakçılıqla bağlı hesabatlar verməsini İctimai Şuraların institusional inkişafı üçün tədbirlər görülməsini təklif ediblər.
Müzakirələr zamanı dövlət orqanları QHT-lər tərəfindən qaldırılan problemləri, təkliflərləri dinləyiblər, nöqsanlara münasibət bildiriblər və sualları cavablandırıblar.

Milli Məclisin dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə təkliflərə münasibət bildiriblər, qaldırılan məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya” Araşdırmalar Fondu “Azərbaycanda ictimai iştirakçılıq praktikasının təkmilləşdirilməsi”, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB isə “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin monitoriniqi və qiymətləndirilməsi” layihəsini həyata keçirirlər. Hər iki layihə çərçivəsində hazırlanmış təkliflər və tədqiqat hesabatı müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Turizm şirkətləri cənub bölgəsinin aqroturizm imkanları ilə tanış oldular.

Press-reliz, May 2022

Turizm şirkətləri nümayəndələri bölgənin ekoturizm və aqrar turizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış olublar.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrinə turizm şirkəti nümayəndələri üçün işgüzar səfərlər təşkil edildi. Səfərin əsas məqsədi iştirakçılara seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, xidmət təminatçıları ilə tanış olmaq, yeni və təkmilləşdirilmiş aqrar/ekoturizm xidmətlərinin cənub bölgəsinin təklif etdiyi digər turizm imkanları ilə necə birləşə biləcəyini daha yaxşı göstərmək idi.

20-22 May 2022-ci il tarixlərində baş tutan səfərdə Bakıda yerləşən 15 müxtəlif turizm şirkətini təmsil edən 19 nümayəndə iştirak etmişdir. Səfərin birinci günü Astara rayonunda yerləşən  “Balıqçı Abi” və “Yaşıl Göl” istirahət müəssisəsi, Astara rayonunun Sım kəndi və Lerik rayonunda “Bal süfrəsi” və “Səfalı Göl” turizm məntəqələri tur şirkətlərinin nümayəndələrinə təqdim olunmuşdur.  

Səfərin ikinci günü iştirakçılar Lənkəran rayonunda yerləşən “Citrus Valley”, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” və günün sonunda isə Masallı rayonu Boradigah kəndində yerləşən “Misgərlik” kimi turizm məntəqələrini ziyarət etdilər.  Hər bir aqro/eko-turizm məkanında keçirilən təqdimatlar iştirakçılar tərəfində qeydə alınmış və qiymətləndirmələr həyata keçirilmişdir. Qeyd edək ki, təklif olunan turizm xidmətlərinin gələcək tur paketlərə daxil edilməsi üçün şirkət rəhbərləri ilə danışıqlar aparılacağı bir çox turizm şirkətləri nümayəndələri tərəfindən qeyd olunmuşdur.

AZ | EN