Home » Xəbərlər

Category Archives: Xəbərlər

Həbsxanalar və müvəqqəti saxlama yerlərinin monitorinqi baş çatıb Monitorinqin nəticələri və təkliflər bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edilib

“Konstitusiya” Araşdırmalar Fondu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən dəstəklənən “Saxlanma yerlərinin monitorinqi” layihəsinin icrasını başa çatdırıb. Mogan Hotel Baku-da layihənin yekunları təqdim edilib və cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində aparılmış monitorinqlərin nəticələrinin müzakirəsi keçirilib. Tədbirdə cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində işin təşkili ilə birbaşa məşqul olan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət və digər dövlət qurumları, qeyri hökümət təşkilatları və maraqlı digər tərəflər iştirak edib.

Monitorinqin nəticələri əsasında hazırlanmış təkliflər, mövcud çətinliklərin həlli, mümükün islahatlar müzakirəyə təqdim edilib. 

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Layihə Koordinatoru Rəşad Əliyev və Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, QHT nümayəndələri,  ekspertlər, dövlət qurumlaırnın nümayəndələri ilə öz fikirlərini ilə bölüşüb.  Ümimilikdə, müzakirələrə on dövlət qurumunun nümayəndəsi qatılıb.

  Layihənin məqsədi başçəkmə/monitorinqlər vasitəsilə cəzaçəkmə müəssisələrində şəraiti, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması sahəsində irəliləyişlərin, əldə edilmiş uğurların, mövcud çətinliklərin öyrənilməsi və müvafiq tövsiyələrin verilməsidir.

Vaşinqtonda 20-ci Beynəlxalq Antikorrupsiya Konfransı keçirilib 

Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsi Vaşınqtonda keçirilən Beynəlxalq Antikorrupsiya Konfransında iştirak edib

Beynəlxalq Antikorrupsiya Konfransı 2022-ci il 6-10 dekabr tarixində ABŞ-ın paytaxtı Vaşınqtonda keçirilib. Konfransda Azərbaycanı  Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsinin rəhbəri,  “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və əməkdaşı Şahin Nəsrullayev  təmsil edib.

Beynəlxalq Antikorrupsiya Konfransı (IACC) demək olar ki, son 40 il ərzində ən ciddi qlobal korrupsiya problemləri ilə əlaqədar bütün sektorları bir araya gətirir. Konfrans 180 ölkədən və cəmiyyətin bütün təbəqələrindən olan minlərlə insanı birləşdirir. 20-ci Beynəlxalq Antikorrupsiya Konfransında  ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri də iştirak edib.

Builki konfrans “Korrupsiyanın aradan qaldırılması, demokratik dəyərlərin qorunması” mövzusuna həsr olunub.

Konfrans zamanı Əliməmməd Nuriyev  və Şahin Nəsrullayev   Beynəlxalq Şəffaflıq Təşkilatı və korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış əsas beynəlxalq təşkilatlarla görüşlər keçirib və müzakirələr aparıblar, ölkədə aparılmış monitorinqlərin nəticələri haqqında məlumatları bölüşüblər. Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyinin müəyyənləşməsi ilə bağlı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin tam həcmdə və obyektiv olaraq nəzərə alınması üçün müzakirələr aparılıb.

Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsinin nümayəndələrinin Konfransda iştirakı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Səfər qrantları” müsabiqəsi çərçivəsində  maliyyələşdirilib.

ELAN

İctimai nəzarət və iştirakçılıq mövzusunda onlyan təlimə dəvət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Yerli icra hakmiyyəti orqanları yanında  yaradılmış  İctimai Şuralara təlim dəstəyi” layihəsi çərçivəsində Noyabr ayında onlayn ZOOM üzərindən gənclər və ictimai fəalları üçün “İctimai iştirakçılıq haqqında qanunvericlik”,  “İctimai iştirakçılıq formaları və onların praktikada tətbiqi”, “İctimai Şuranın ictimai iştirkaçılığın və ictimai nəzarətin həyata keçirilməsində hüquqi imkanları”, “İctimai Şuranın institusional inkişafı məsələləri” mövzularında onlyan  təlimlər keçiriləcək.

Təlimlər 2 peşəkar təlimçi tərəfindən keçiriləcək. Təlim kursu ümumilkdə, 3 saat təşkil edəcəkdir.  Ümumilikdə 6 təlimin keçirilməsi nəzərdə tutuluubHər təlimdə 20  nəfər iştirakçının cəlb olunması nəzərdə tutulub. Təlimdə iştirak etmək istəyənlər otyabr ayının 20-nə kimi  kafondu@gmail.com emailinə müraciət edə bilərlər.

Lənkəran-Astara iqtisadi rayoununda “Məktəbdən təsərrüfata” proqramı icra olundu.

Press-reliz, İyun 2022

Şəhər məktəblərində təhsil alan şagirdlər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Məktəbdən təsərrüfata” proqramı həyata keçirildi. Proqram çərçivəsində 16-25 iyun tarixlərində Bakı və digər şəhər məktəblərində təhsil alan 500 şagird “AgriVision” layihəsinə cəlb olunan turizm müəssisələrinə səfər edib aqrar/eko-turizm konsepsiyası ilə yerində tanış oldular. Proqramın əsas məqsədi şagirdləri qida istehsalı üçün zəruri olan proseslər və resurslar haqqında maarifləndirmək və onları aqrar/eko turizm xidmətləri barədə məlumatlandırmaqdı. Bundan əlavə “Məktəbdən təsərrüfata” proqramı layihə çərçivəsində seçilmiş təsərrüfatlara yeni və ya genişləndirilmiş aqroturizm xidmətlərini sınaqdan keçirmək imkanı da vermişdir.

Proqram səfərləri zamanı şagirdlər seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, təsərrüfat daxili gəzinti ilə kənd təsərrüfatı və kənd həyatı ilə tanış olmaq şansı əldə etdilər. Həmçinin, onlar aqrar/ekoturizm xidmətlərinin digər turizm imkanları ilə necə birləşə biləcəyini, bu kimi turizm növlərinin oxşar və fərqli cəhətlərini daha yaxşı öyrənə bildilər.

            Bütün bu səfərlər ərzində hər bir aqrar/eko-turizm məntəqəsində təsərrüfat sahibləri tərəfindən keçirilən təqdimatlar məktəblilər tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Bundan əlavə olaraq, proqram çərçivəsində şagirdlərin vaxtlarını daha maraqlı keçirə bilmələri üçün turizm müəssisələri daxilində uşaq əyləncə imkanları istifadə olundu və layihə komandası tərəfindən müxtəlif oyunlar təşkil edildi.

Qeyd edək ki, “AgriVision” layihəsinin icraçıları bu kimi proqramların tədris prosesinə daxil edilməsinə və öyrənmə təcrübəsini tamamlamasına kömək etmək üçün səfərdən sonra əməkdaşlıq edilən təhsil idarələrini layihə çərçivəsində hazırlanmış bələdçi kitabları ilə təmin edəcək və “Məktəbdən təsərrüfata” proqramını məktəb kurikulumunun illik komponentinə çevirmək potensialını araşdırmaq üçün Təhsil Nazirliyi ilə işləyəcəkdir.

“Konstitusiya” Araşdırmalar Fondu layihə fəaliyyətləri ilə bağlı  xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

 “Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində  aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

  1. Açıq təsərrüfat günləri adlı tur iştirakçıların daşınması üçün nəqliyyat xidmətinin təşkili.

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  • 22-24 iyul tarixlərində 4 istiqamət Bakı-Lənkəran-Bakı, 1 istiqamət Bakı-Astara-Bakı istiqamətlərində xidmətlərin göstərilməsi.

Tələblər:

  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Müqavilə birdəfəlik bağlanılacaq.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  15 iyul 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  19 iyul 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26 E-mail: kafondu@yandex.ru

TURİZM ŞİRKƏTLƏRİ ÜÇÜN ELAN

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərini Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) aqro-turizm məntəqələrinə səfərə dəvət edir.  Turizm şirkətlərinin nümayəndələri tur çərçivəsində bu rayonlardakı  8 yerli turzim məkanına səfər edəcəklər. Proqram üzrə 20 may 2022-ci il tarixdə Bakıdan yola düşəcəklər, 20-si və 21-i mayda  gecə Lənkəran Lux Oteldə gecələyib, 22 may tarixində Bakıya qayıtmaq planlaşdırılır. Bütün xərclər layihə vəsaiti hesabına ödənilir. Turda iştirak üçün 20 nəfərin seçilməsi nəzərdə tutulub. Səfərdə iştirak edəcək turizm şirkətləri yerli turizm məkanlarının potensialını öyrənib və həmin məntəqələri mövcud tur proqramlara daxil etmək və ya yeni tur proqramları hazırlamaq imkanı əldə edəcəklər.   
Maraq göstərən turizm şirkətləri  18 may saat 24.00-dək  kafondu@gmail.com e-mail-nə müraciət etmələri xahiş olunur.  Müraciətdə işlədiyiniz, yaxud əməkdaşlıq etdiyiniz turizm şirkətin adını, şirkət haqqında qısa məlumat və iştirak edəcək şəxsin məlumatlarını (ad, soyad, tel, email) qeyd etməyiniz rica edilir.
Əlavə məlumat üçün əlaqə nömrəsi (99412) 492 57 26; 0552136700 – Şahin Nəsrullayev
 
Bu tur Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqnın maliyyə dəstəyi ilə icra etdiyi “AgriVision” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir

Cənub  bölgəsinə  mediatur təşkil edilib 

Jurnalistlər bölgənin ekoturizm və aqroturizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış olublar

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazində yerləşən və layihəyə cəlb olunan aqro-turizm məntəqələrinə mediatur təşkil edib.
22-24 Aprel 2022-ci il tarixlərində baş tutan səfərdə 18 müxtəlif media orqanini təmsil edən 21 jurnalist səfərdə iştirak edib.  Səfərin birinci günü Astara rayonunun Sım kəndində yerləşən “Bal Qayası” turizm müəssisəsinə, Astara rayonu, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”ə, Astara rayonu, Kijəbəb kəndinə yerləşən “Balıqçı Abi” və günün sonunda Lənkəran rayonunda yerləşən “Citrus Valley” turizm məntəqələrini ziyarət etdilər.  Səfərin 2ci günü Lerik rayonu Piran kəndində yerləşən “Bal süfrəsi”, Lerik rayonu Bilnə kəndində yerləşən “Səfalı Göl”, Masallı rayonu Boradigah kəndində yerləşən “Misgərlik” və günün sonunda Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” turizm məntəqələrini ziyarət etdilər
            Hər bir aqro-turizm məkanında keçirilən təqdimatlar jurnalistlər tərəfində qeydə alınıb və səfərdən döndükdən sonra Azərbaycan səfəlı bölgələrindən olan Cənub bölgəsi üzrə reportajlar hazırlayaraq mənsub olduqları mediada işıqlandırıblar.  

“Konstitusiya” Araşdırmalar Fondu layihə fəaliyyətləri ilə bağlı xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

 “Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində  aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

  1. Tur operatorların səfəri zamanı iştirakçıların nəqliyyat və mehmanxana xidmətinin təşkili.

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  1. Tur operatorların səfəri zamanı iştirakçıların 22 may tarixində təyin olunan marşurut xətti üzrə Bakıdan-Lənkərana aparılması.
  2. 22-24 may tarixlərində təyin olunan marşurut xətti üzrə iştirakçıların səyahətinin təmin edilməsi.
  3. 22-23 may tarixlərində 24 nəfərin gecələməsi.
  4. 24 may tarixində iştirakçıların Bakı şəhərinə gətirilməsi.

Tələblər:

  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Müqavilə bir dəfəlik bağlanılacaq.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  10 may 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  18 may 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26

E-mail: kafondu@yandex.ru

“Konstitusiya” Araşdırmalar Fondu layihə fəaliyyətləri ilə bağlı xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində  aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

  1. Tur operatorların səfəri zamanı iştirakçıların tədbirdə dəftərxana materiallarının və yemək, çay-kofe süfrələrinin təşkil olunması.

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  1. Tur operatorların səfəri zamanı 21 nəfər iştirakçıların 22-24 may tarixlərində 3 dəfə şam, 2 dəfə nahar yemək süfrəsinin təşkilini.
  2. Gündə 2 dəfə olmaqla 3 gün çay kofe süfrəsinin təşkilini.
  3. Tədbir iştirakçılarının dəftərxana materiallarının alınması.

Tələblər:

  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Müqavilə bir dəfəlik bağlanılacaq.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  05 may 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  13 may 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26

E-mail: kafondu@yandex.ru

“Konstitusiya” Araşdırmalar Fondu layihə fəaliyyətləri ilə bağlı  xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində  aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

  1. Media tur iştirakçıların nəqliyyat xidmətinin təşkili.

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  1. Media tur iştirakçıların 22-24 aprel tarixlərində təyin olunan məntəqələrə Bakıdan-Lənkərana, Lənkərandan- Astaraya, Astaradan-Yardımlıya, Yardımlıdan-Masallıya aparılması.
  2. Lənkəran daxili turlar.
  3. Bakı şəhərinə gətirilməsi.

Tələblər:

  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Müqavilə bir dəfəlik bağlanılacaq.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  25 mart 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  08 aprel 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26

E-mail: kafondu@yandex.ru

AZ | EN