Home » Layihələr

Category Archives: Layihələr

Həbsxanalar və müvəqqəti saxlama yerlərinin monitorinqi baş çatıb Monitorinqin nəticələri və təkliflər bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edilib

“Konstitusiya” Araşdırmalar Fondu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən dəstəklənən “Saxlanma yerlərinin monitorinqi” layihəsinin icrasını başa çatdırıb. Mogan Hotel Baku-da layihənin yekunları təqdim edilib və cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində aparılmış monitorinqlərin nəticələrinin müzakirəsi keçirilib. Tədbirdə cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində işin təşkili ilə birbaşa məşqul olan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət və digər dövlət qurumları, qeyri hökümət təşkilatları və maraqlı digər tərəflər iştirak edib.

Monitorinqin nəticələri əsasında hazırlanmış təkliflər, mövcud çətinliklərin həlli, mümükün islahatlar müzakirəyə təqdim edilib. 

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Layihə Koordinatoru Rəşad Əliyev və Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, QHT nümayəndələri,  ekspertlər, dövlət qurumlaırnın nümayəndələri ilə öz fikirlərini ilə bölüşüb.  Ümimilikdə, müzakirələrə on dövlət qurumunun nümayəndəsi qatılıb.

  Layihənin məqsədi başçəkmə/monitorinqlər vasitəsilə cəzaçəkmə müəssisələrində şəraiti, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması sahəsində irəliləyişlərin, əldə edilmiş uğurların, mövcud çətinliklərin öyrənilməsi və müvafiq tövsiyələrin verilməsidir.

TURİZM ŞİRKƏTLƏRİ ÜÇÜN ELAN

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərini Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) aqro-turizm məntəqələrinə səfərə dəvət edir.  Turizm şirkətlərinin nümayəndələri tur çərçivəsində bu rayonlardakı  8 yerli turzim məkanına səfər edəcəklər. Proqram üzrə 20 may 2022-ci il tarixdə Bakıdan yola düşəcəklər, 20-si və 21-i mayda  gecə Lənkəran Lux Oteldə gecələyib, 22 may tarixində Bakıya qayıtmaq planlaşdırılır. Bütün xərclər layihə vəsaiti hesabına ödənilir. Turda iştirak üçün 20 nəfərin seçilməsi nəzərdə tutulub. Səfərdə iştirak edəcək turizm şirkətləri yerli turizm məkanlarının potensialını öyrənib və həmin məntəqələri mövcud tur proqramlara daxil etmək və ya yeni tur proqramları hazırlamaq imkanı əldə edəcəklər.   
Maraq göstərən turizm şirkətləri  18 may saat 24.00-dək  kafondu@gmail.com e-mail-nə müraciət etmələri xahiş olunur.  Müraciətdə işlədiyiniz, yaxud əməkdaşlıq etdiyiniz turizm şirkətin adını, şirkət haqqında qısa məlumat və iştirak edəcək şəxsin məlumatlarını (ad, soyad, tel, email) qeyd etməyiniz rica edilir.
Əlavə məlumat üçün əlaqə nömrəsi (99412) 492 57 26; 0552136700 – Şahin Nəsrullayev
 
Bu tur Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqnın maliyyə dəstəyi ilə icra etdiyi “AgriVision” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir

“Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtidsadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi (more…)

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi”

(more…)

Gənclər sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edirlər

“Konstitusiya” Araşdırmalar Fondunun “MitOst” Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsindəqiymətləndirmə seminarı və layihənin bağlanış mərasimi keçirilib.

(more…)

AZ | EN