“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yerli icra hakmiyyəti orqanları yanında yaradılmış İctimai Şuralara təlim dəstəyi” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi gənclərin, ictimai fəalların, QHT nümayəndələrinin ictimai iştirakçılıq və ictimai nəzarət fəaliyyətləri sahəsində biliklərini inkişaf etdirmək, praktik bacarıqlarının artırmaqdır. Layihənin icra müddəti 3 aydır. 6 region gəncləri və ictimai fəallarına “İctimai iştirakçılıq haqqında qanunvericlik”, “İctimai iştirakçılıq formaları və onların praktikada tətbiqi”, “İctimai Şuranın ictimai iştirkaçılığın və ictimai nəzarətin həyata keçirilməsində hüquqi imkanalrı”, “İctimai Şuranın institusional inkişafı məsələləri” mövzusunda təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər 2 peşəkar təlimçi tərəfindən keçiriləcək. İctimai Şuralaırn yerli səviyyəli qərarların qəbulunda rolunun artırılması, İctimai Şuraların fəaliyyətinin səmərliliyinin artırılması və potensialının gücləndirilməsi və yerli vətəndaş cəmiyyətinin ictimai iştirakçılıq fəaliyyətində rolunun artırılması layihənin hədəfləri sırasındadır.