“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə icra olunan “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Feysbuk sosial şəbəkəsində sorğu keçirir.
Sorğunun keçirilməsində məqsəd vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə bağlı fikir və rəylərin toplanmasıdır.Sorğunun nəticələrindən ümumiləşdirilmiş şəkildə vətəndaş müraciətlərinə baxılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanmasında istifadə olunacaq.
Aşağıdakı linkə daxil olaraq sorğuda iştirak etməyinizi xahiş edirik
Konstitusiya Arasdırmalar Fondu