Avrasiya Əməkdaşlıq və “Konstitusiya” Araşdırmalar fondları işçi axtarır.
Layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir.
Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF)
Tapşırığın təsviri: Aqrar/ekoturizm üzrə bələdçi kitabının hazırlanması
Tapşırığın müddəti: 3 ay
Müqavilənin növü: Xidmət müqaviləsi
Müraciət üçün qəbul olunan son tarix: 16 Yanvar 2022
TƏSVİR / XÜLASƏ:
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.
Layihənin əsas hədəflərindən biri də dövlət və özəl aqrar/eko-turizm üzrə maraqlı tərəflərin və biznes məsləhət xidməti təminatçılarının potensialını gücləndirməkdir. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanda mövcud və potensial aqrar / ekoturizm xidmət təminatçıları üçün bələdçi kitabı hazırlamaq məqsədilə biznes və turizmin inkişafı üzrə yerli mütəxəssislər qrupu formalaşdırır.
MƏQSƏD, İŞİN MƏZMUNU VƏ BACARIQLAR:
Məqsəd:
Bələdçi kitabının əsasını bölgədəki digər ölkələrdə oxşar layihələr zamanı hazırlanan və yerli şəraitə uyğunlaşdırılmış, konsepsiyanı necə inkişaf etdirmək, maliyyələşdirmə əldə etmək və aqrar / ekoturizm sektorunda biznesin səmərəli idarə olunmasına dair praktiki təlimatları özündə əks etdirən materiallar təşkil edəcək.
Bu kitabça Azərbaycanın digər regionlarında layihə fəaliyyətlərini təkrarlamaq və ya genişləndirmək üçün istifadə oluna bilən, layihə zamanı qazanılmış biliklərin yayım vəsaiti kimi xidmət edəcəkdir.
Bələdçi kitabına bu layihənin icrası zamanı hazırlanmış yeni materiallar da daxil ediləcək:
– Turizm Məkanları (TM) konsorsiumlarının yaradılması və idarə olunması üçün tövsiyələr;
– TM inkişaf strategiyalarının formatı və nümunələri;
– Aqrar / ekoturizm xidmətləri göstərənlər üçün biznes planlarının formatı və nümunələri;
– Azərbaycanda aqrar / ekoturizm xidmətləri göstərənlərin maliyyələşmə mənbələri;
– Azərbaycanda aqrar / ekoturizm xidmətlərinin təşviqi üçün platformalar və strategiyalar;
– Azərbaycanda aqrar / ekoturizm biznesinin inkişafı üzrə təlimat verən təşkilatların və fərdi məsləhətçilərin əlaqə məlumatları.
İşin məzmunu :
- Bələdçi kitabını hazırlayan mütəxəssis aqrar / eko-turizm məkanları, bu növ turizmin ölkəmizdə inkişafı və real vəziyyət barədə məlumatlılığını artırmaq üçün araşdırmalar aparacaq və mövcud ədəbiyyatı nəzərdən keçirəcək;
- Eyni zamanda, layihə komandasının təmin etdiyi materiallarla tanış olub, həmin məlumatları bələdçi kitabının məzmununa daxil edəcək və lazım olduğu təqdirdə layihə komandası və ya onların əməkdaşlıq etdiyi tərəfdaşların rəylərinə uyğun olaraq həmin məzmunda müəyyən tənzimləmələr edəcək;
- Sifarişçi tərəfindən müəyyən olunmuş vaxt ərzində “Aqrar / ekoturizm üzrə bələdçi kitabı”nı hazırlayacaq.
Bacarıqlar:
Peşəkarlıq:
- Ən yüksək effektivlik, səriştəlilik, etik və dürüstlük standartlarını qoruyub saxlamaq;
- Tapşırıqla əlaqəli peşəkar intizamın və ya texniki ixtisasın əsas konsepsiya və prinsiplərini başa düşmək və tətbiq etmək;
- Peşəkar bacarıq nümayiş etdirmək, vicdanla yanaşma və öhdəliklərə əməl etmək, son tarixləri nəzarət etmək və nəticələr əldə etmək;
- Çətin problemlərlə və ya çətinliklərlə qarşılaşdıqda əzmkarlıq göstərmək.
Biliyin Paylaşılması və Öyrənmə:
- Bilik və təcrübə mübadiləsini aparmaq;
- Öz-özünə öyrənmə və digər öyrənmə vasitələri ilə davamlı fərdi öyrənmə istiqamətində fəal işləmək;
- Dəyişməyə açıq olduğunu və çətinlikləri idarə etmək bacarığını nümayiş etdirmək.