“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bakı və Sumqayıt nümayəndəliklərindən olan iştirakçılar üçün 3 günlük intensiv ART Terapiya təlimləri təşkil olunub.
Təlimi uğurla başa vuran iştirakçılar COVİD-19 pandemiyasından və əziyyət çəkən uşaqlar və şəhid övladları üçün art terapiyası üzrə məşğələlər təşkil edəcəklər. Təlimlər zamanı iştirakçılar incəsənət vasitəsilə qorxuların aradan qaldırılması, psixoloji dəstək, fövqəladə vəziyyətlərdə – müharibə epidemiya, təbii və texnogen qəzalar zamanı insan psixikasının reaksiyaları haqda öyrənərək və onların aradan qaldırılması üsullarını araşdırıblar. Təlimçilər – Aynur Zərrintac və Asəf Kərimov nəzəri və praktik məşğələlər əsasında yeni bilik və metodlar paylaşıblar.
“Yarat, inkişaf et, töhfə ver” layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.