Home » Layihələr » “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi”

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi”

Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (AHT) yaradılması ideyası 2011-ci ildə Vaşinqtonda 8 ölkə təmsilçiləri və bir sırqa beynəlxalq QHT-ləri tərəfindən isrəli sürülüb. Bundan sonra ABŞ və Brazilyanının rəhbərlik etdiyi İşçi Qrup AHT-nin struktur və prinsiplərini işləyib hazırlayıblar.
2011-ci ilin iyul ayında Vaşinqtonda ABŞ dövlət katibi Hilları Klinton rəsmən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (Open Government Partnership- OGP) elan edib. 2011-ci ilin sentyabrında isə “Açıq Hökumət İdarəçiliyi Haqqında Bəyannamə” dərc olunub.
Təşəbbüsə qoşulan ölkələr bir qayda olaraq iki illik fəaliyyət planı hazırlayır. AHT Rəhbər Komitəsi isə sonradan bu Fəaliyyət Planını monitorinq edir və rəyini açıqlayır.
Mövcud tələblərə görə Fəaliyyət Planı koordinasiyaya cavabdeh müvafiq dövlət qurumu tərəfndən də monitorinq olunmalı və nəticələr ictimaiyyət üçün açıqlanmalıdır. Eyni zamanda Milli Fəaliyyət Planlarının vətəndaş cəmiyyəti tərəfindən alternativ monitorinqinin aparılması zəruri şərtlərdən biri kimi qeyd olunur.
27 aprel 2016-cı il tarixdə AR Prezidentinin müvafiq sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib.
Plan 11 istiqamət üzrə qruplaşdırılmış 59 tədbiri əhatə edir.
Bir sıra subyektiv səbəblərlə bağlı 2016-cı il mayın 4-də Açıq Hökumət Təşəbbüsü (AHT) Rəhbər Komitəsi tərəfindən Azərbycanın statusunun müvəqqəti dondurulması barədə qərar qəbul ounub. Statusun bərpası üçün Azərbaycan hökumətinə vaxt verilib. 28 iyun 2017-ci il tarixdə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Rəhbər Komitəsinin Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunub. Rəhbər Komitə Azərbaycanın əvvəlki statusda qalmasına qərar verib. Rəhbər Komitə son vaxtlar Azərbaycan hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdığı müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-cı illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfli Açıq Hökumət Platformasının yaradılması, qrant müqavilələrinin qeydiyyatı üçün “bir pəncərə” sisteminin tətbiqini ehtiva edir.
Rəhbər Komitə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar və Kriteriylar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, eləcə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökumətinə də 1 il müddətində bu tövsiyyələrin icrası üçün zaman verilməsi qərara alınıb. Bu tövsiyyələr hazırlandıqdan və tərəflərlə paylaşıldıqdan sonra, 12 aylıq uzadılmış qeyri-aktivlik dövrü başlayacaq. Yenilənmiş tələblərin ilkin variantı Azərbaycan hökuməti, yerli vətəndaş cəmiyyəti və xarici ekspertlərlə məsləhətləşmələr nəticəsində hazırlanacaq. Bu mərhələnin sonunda, Meyarlar və Standartlar alt komitəsi yekun qiymətləndirmə hesabatını təqdim edəcək.
Azərbaycan hökumətinə əsas tövsiyyələrdən biri də Açıq Hökumət Təşəbbüsündən irəli gələn tədbirlərin icarsına vətəndaş cəmiyyətinin daha fəal cəlb edilməsi, AHT ilə bağlı cəmiyyətdə geniş maariflədinrmə işlərinin görülməsi idi. Bu məsələlərin də 15 sentybar 2015-ci il tarixə kimi təqdim ediləcək yeni tövsiyyələrə daxil ediləcək.
AHT ekspertləri hesab edirər ki, Milli Fəaliyyət Planının uğulru icrasının əsas şərtlərindən biri müstəqil monitorinq və qiymətləndirmənin aparılmasıdır. Monitorinq prosesi MFP-nin icrası ilə bağlı naliyyətlər və problemlər arasında dəqiq sərhəd müəyyənləşdirməyə imkan verir. Xüsusən hansı sahələrin daha problematik olduğunu çox açıq və birmənalı şəkildə nümayiş etdirir. Ölkə üzrə qiymətləndirmə zamanı əsas meyarlardan biri kimi MFP-nin müstəqil monitorinq mexanizminin olması götürülür. Bu baxımdan MFP-nin müstəqil monitorinq və qiymətəndirməsi mexanizminin yaradılması aktula vəzifələrədn biri kimi qarşıda durur.
Digər tərəfdən nəzərə almaq laızmdır ki, Milli Fəaliyyət Planın təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamının 5 bəndində tövsiyyə olunub ki, tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun.
Bunları nəzərə alaraq “2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının monitorinqi” layihəsini təklif edirik. Monitorinq prosesi zamanda Azərbaycan hökuməti üçün AHT-nin tətbiqi siyasətində prioritetərin müəyyənləşməsi ilə bağlı müstəqil dəyərləndirmə və mövqe təmin edəcək Hökumətin qərarların qəbulu zamanı mövcud vəizyyəti nə dərəcədə düzgün dəyərləndirməsini qiymətləndirməyə imkan verəcək. Bu isə vətəndaş cəmiyyətinə özünün vəkillik, təçviq və tədqiqat siyasətini, fəaliyyətlərini düzgün planlamağa və diqqəti əsas məsələlərdə cəmləşdirməyə imkan yaradacaq.
Eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən “2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icrasının dəyərləndilməsi zamanı nəzərə alınacaq.

AZ | EN