Home » Uncategorized (Page 2)

Category Archives: Uncategorized

“Konstitusiya” Araşdırmalar Fondu ASAN radioda verlişin çəkilməsi xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

 “Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində Asan radioda verlişlərin çəkilişi xidmətinin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  1. 2022-ci ilin iyun, iyul aylarında ASAN radioda 2 verlişin çəkilib və yayımlanması xidməti.

Tələblər:

  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Müqavilə 2 aylıq bağlanılacaq.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  20 may 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7/24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  28 may 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26 E-mail: kafondu@yandex.ru

“Konstitusiya” Araşdırmalar Fondu layihə fəaliyyətləri ilə bağlı xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində  aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

  1. Şagirdlər üçün təşkil olunan turlar zamanı yemək süfrələrinin təşkil olunması.

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  1. Şagirdlər üçün təşkil olunan turlar zamanı 16,17,18,19,20,21,22,23,24,25 iyun tarixlərində ümümilikdə 334 nəfər iştirakçının nahar yemək süfrəsinin təşkili.

Tələblər:

  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Müqavilə bir dəfəlik bağlanılacaq.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  20 may 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  05 iyun 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26

E-mail: kafondu@yandex.ru

“Konstitusiya” Araşdırmalar Fondu layihə fəaliyyətləri ilə bağlı xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində  aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

  1. Çap işləri.

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  1. A6 formatında 440 ədəd loqolu 40 vərəq bloknotun çap edilməsi.

Tələblər:

  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  15 may 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  28 may 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26 E-mail: kafondu@yandex.ru

“Konstitusiya” Araşdırmalar Fondu layihə fəaliyyətləri ilə bağlı xidmətinin göstərilməsi üzrə Kotirovka sorğusu elan edir

“Konstitusiya” Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondu dəstəyi ilə “AqroViziya” layihəsini həyata keçirir.  Fond Layihə çərçivəsində  aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə təkliflərin qəbulunu elan edir.

  1. Onlayn media reklamı xidmətinin göstərilməsi,

Xidmətləri aşağıdakıalardan ibarət olacaqdır:

  1. 2022-ci ilin aprel ayından avqust ayınadək onlayn reklamlarının təşkil edilməsi.
  2. 2022-ci ilin aprel ayından avqust ayınadək saytlarda layihə haqqında informası yayımlanmasının təşkil edilməsi.

Tələblər:

  • Dövlət qeydiyyatına alınmış olsun;
  • Ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Milli mühasibat uçotuna uyğun olaraq xidmətin görülməsinə dair müqavilənin və qiymətin razılaşdırılmasına dair protokolun imzalanması;
  • Xidmətin təhvil verilməsinə dair təhvil təslim aktı;
  • Elektron qaimənin göndərilməsi.

Müqavilə 4 ay müddətinə bağlanılacaq.

Hüquqi və fiziki şəxslər öz təkliflərini  25 mart 2022-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  08 aprel 2022-ci il  tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır.

Əlavə məlumat üçün layihə mühasibi Kubra Məmmədovaya müraciət edə bilərsiniz.

Əlaqə tel: 012 492 57 26

E-mail: kafondu@yandex.ru

İctimai iştirakçılığı tənzimləyən qanunvericiliyə dəyişikliklər hazırlanacaq

“Konstitusiya” Araşdırmalar Fondu təkliflər paketi təqdim edəcək.

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda ictimai iştirakçılıq praktikasının təkmilləşdirilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi Azərbaycanda ictimai iştirakçılığı tənzimləyən qanunvericiliyin və onun praktikada tətbiqinin təkmilləşdirilməsidir. Layihənin icra müddəti 4 aydır. Bu müddət ərzində ictimai iştirakçılıqla bağlı milli və beynəlxalq qanunvericiliyin analizi aparılaraq ictimai iştirakçılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq.

Layihə fəaliyyətləri ictimai iştirakçılıqla əlaqədar mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur. İctimai iştirakçılığın formalarından istifadə olunmasında yaranmış çətinıiklərin həlli üçün yeni mexanizmlər yaradılması da layihənin hədəfləri sırasındadır.

Avrasiya Əməkdaşlıq və “Konstitusiya” Araşdırmalar fondları işçi axtarır

Avrasiya Əməkdaşlıq və “Konstitusiya” Araşdırmalar fondları işçi axtarır.

Layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir.

Sifarişçi: Avrasiya Əməkdaşlıq Fondu (AƏF)

Tapşırığın təsviri: Aqrar/ekoturizm üzrə bələdçi kitabının hazırlanması

Tapşırığın müddəti: 3 ay

Müqavilənin növü: Xidmət müqaviləsi

Müraciət üçün qəbul olunan son tarix: 16 Yanvar 2022

TƏSVİR / XÜLASƏ:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda 24 aylıq “AgriVision” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ailələrinə gəlirlərini artırmağa və Azərbaycanda şəhər ilə kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, təkrarlana bilən aqrar-turizm / ekoturizmin inkişaf mexanizmi yaratmaq və sınaqdan keçirməkdir.

Layihənin əsas hədəflərindən biri də dövlət və özəl aqrar/eko-turizm üzrə maraqlı tərəflərin və biznes məsləhət xidməti təminatçılarının potensialını gücləndirməkdir. Bu məqsədlə Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanda mövcud və potensial aqrar / ekoturizm xidmət təminatçıları üçün bələdçi kitabı hazırlamaq məqsədilə biznes və turizmin inkişafı üzrə yerli mütəxəssislər qrupu formalaşdırır.

MƏQSƏD, İŞİN MƏZMUNU VƏ BACARIQLAR:

Məqsəd:

Bələdçi kitabının əsasını bölgədəki digər ölkələrdə oxşar layihələr zamanı hazırlanan və yerli şəraitə uyğunlaşdırılmış, konsepsiyanı necə inkişaf etdirmək, maliyyələşdirmə əldə etmək və aqrar / ekoturizm sektorunda biznesin səmərəli idarə olunmasına dair praktiki təlimatları özündə əks etdirən materiallar təşkil edəcək.

Bu kitabça Azərbaycanın digər regionlarında layihə fəaliyyətlərini təkrarlamaq və ya genişləndirmək üçün istifadə oluna bilən, layihə zamanı qazanılmış biliklərin yayım vəsaiti kimi xidmət edəcəkdir.

Bələdçi kitabına bu layihənin icrası zamanı hazırlanmış yeni materiallar da daxil ediləcək:

– Turizm Məkanları (TM) konsorsiumlarının yaradılması və idarə olunması üçün tövsiyələr;

– TM inkişaf strategiyalarının formatı və nümunələri;

– Aqrar / ekoturizm xidmətləri göstərənlər üçün biznes planlarının formatı və nümunələri;

– Azərbaycanda aqrar / ekoturizm xidmətləri göstərənlərin maliyyələşmə mənbələri;

– Azərbaycanda aqrar / ekoturizm xidmətlərinin təşviqi üçün platformalar və strategiyalar;

– Azərbaycanda aqrar / ekoturizm biznesinin inkişafı üzrə təlimat verən təşkilatların və fərdi məsləhətçilərin əlaqə məlumatları.

İşin məzmunu :

  • Bələdçi kitabını hazırlayan mütəxəssis aqrar / eko-turizm məkanları, bu növ turizmin ölkəmizdə inkişafı və real vəziyyət barədə məlumatlılığını artırmaq üçün araşdırmalar aparacaq və mövcud ədəbiyyatı nəzərdən keçirəcək;
  • Eyni zamanda, layihə komandasının təmin etdiyi materiallarla tanış olub, həmin məlumatları bələdçi kitabının məzmununa daxil edəcək və lazım olduğu təqdirdə layihə komandası və ya onların əməkdaşlıq etdiyi tərəfdaşların rəylərinə uyğun olaraq həmin məzmunda müəyyən tənzimləmələr edəcək;
  • Sifarişçi tərəfindən müəyyən olunmuş vaxt ərzində “Aqrar / ekoturizm üzrə bələdçi kitabı”nı hazırlayacaq.

 Bacarıqlar:

 Peşəkarlıq:

  • Ən yüksək effektivlik, səriştəlilik, etik və dürüstlük standartlarını qoruyub saxlamaq;
  • Tapşırıqla əlaqəli peşəkar intizamın və ya texniki ixtisasın əsas konsepsiya və prinsiplərini başa düşmək və tətbiq etmək;
  • Peşəkar bacarıq nümayiş etdirmək, vicdanla yanaşma və öhdəliklərə əməl etmək, son tarixləri nəzarət etmək və nəticələr əldə etmək;
  • Çətin problemlərlə və ya çətinliklərlə qarşılaşdıqda əzmkarlıq göstərmək.

Biliyin Paylaşılması və Öyrənmə:

  • Bilik və təcrübə mübadiləsini aparmaq;
  • Öz-özünə öyrənmə və digər öyrənmə vasitələri ilə davamlı fərdi öyrənmə istiqamətində fəal işləmək;
  • Dəyişməyə açıq olduğunu və çətinlikləri idarə etmək bacarığını nümayiş etdirmək.

Lənkəranda ekoturizmlə bağlı təqdimat keçirilib

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran şəhərində yerləşən Palıdlı Sahil mehmanxanasında növbəti təqdimatı keçirib.

Layihənin icraçıları Avrasiya Əməkdaşlıq Fondu və Konstitutsiya Araşdırmalar Fondunun nümayəndələri, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin regional şöbəsinin, KOBİA, KOB İnkişaf Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi konfransa Lənkəran iqtasadi bölgəsində fəaliyyət göstərən kənd təsərrüfatı və turizm fəaliyyətini uğurla birləşdirmək potensialı olan kiçik və orta təsərrüfat sahibləri böyük maraq göstəriblər.

Konfransın açılış nitqini edən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev regionun turizm potensialını yüksək qiymətləndirərək, Azərbaycan Respublikasında turizmin inkişafına olan dövlət dəstəyi və marağını diqqətə çatdıraraq layihənin Lənkəran iqtisadi regionu üçün faydası və əhəmiyyətini vurğulayıb. Konfransa dəvət olunan yerli dövlət qurumlarının nümayəndələri də öz növbəsində turizmin Azərbaycan Respublikasının iqtisadiyyatının şaxələnməsində rolunu və bu sahədə görülən işləri qeyd ediblər. Daha sonra Avrasiya Əməkdaşlıq Fondunun layihə üzrə regional koordinatoru Ramin Səfərzadə layihə haqqında qısa təqdimat edərək layihənin məqsəd və hədəfləri, icra olunan işlər, gələcək mərhələlər və əldə olunması gözlənilən nəticələr haqqında məlumat verib.

Konfransın keçirilməsində əsas məqsəd layihə çərçivəsində mütəxəssislər tərəfindən regionun aqrar və eko turizm məkanları üçün hazırladıqları inkişaf strategiyalarının təqdim edilməsi olub. Müstəqil ekspert Natiq Mədətov tərəfindən təqdimatı keçirilən inkişaf strategiyasının nümunəsində tədbir iştirakçılarına bu mövzuda təfsilatlı məlumat verildi. Qeyd etmək lazımdır ki, layihənin əvvəlki mərhələsində həyata keçirilən ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən hazırlanmış inkişaf strategiyaları aqrar və eko turizm məkanlarında uğurlu biznes təcrübəsinə töhfə verən sahələrə müraciət edir. Bu isə o deməkdir ki, turizm məkanlarına təqdim olunan inkişaf strategiyaları istər layihə çərçivəsində həyata keçirilən “Biznes plan müsabiqəsi” və “İnvestisiya forumu” kimi növbəti fəaliyyətlərdə, istərsə də turizm məkanlanın özlərinin gələcək müstəqil təşəbbüslərində mühüm sənəd rolunu oynayacaqdır.

Həyata keçirilən konfrans eyni zamanda bütün maraqlı tərəflərə strategiyalar haqqında rəy bildirmək və bir -biri ilə əlaqə qurmaq üçün bir çox imkanlar da təqdim edilmişdir.

Azərbaycan Hökuməti və BMT-nin gənclər üçün təlimi

“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bakı və Sumqayıt nümayəndəliklərindən olan iştirakçılar üçün 3 günlük intensiv ART Terapiya təlimləri təşkil olunub.

Təlimi uğurla başa vuran iştirakçılar COVİD-19 pandemiyasından və əziyyət çəkən uşaqlar və şəhid övladları üçün art terapiyası üzrə məşğələlər təşkil edəcəklər. Təlimlər zamanı iştirakçılar incəsənət vasitəsilə qorxuların aradan qaldırılması, psixoloji dəstək, fövqəladə vəziyyətlərdə – müharibə epidemiya, təbii və texnogen qəzalar zamanı insan psixikasının reaksiyaları haqda öyrənərək və onların aradan qaldırılması üsullarını araşdırıblar. Təlimçilər – Aynur Zərrintac və Asəf Kərimov nəzəri və praktik məşğələlər əsasında yeni bilik və metodlar paylaşıblar.

“Yarat, inkişaf et, töhfə ver” layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.

Elektron qaydada məhkəməyə müraciət etmək olar?

Eyni zamanda e-gov.az portalında dövlət qurumları üzrə 125 elektron xidmətdən qeydiyyatdan keçmədən faydalanmaq olar.

“Elektron hökumət” Portalında qeydiyyatdan keçməklə bunu edə bilərsiniz.

Dövlət qurumları tərəfindən təklif olunan elektron xidmətlərdən yararlanmaq üçün “Elektron hökumət”  adlı bukletlə açağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

“Elektron hökumət”  Bukleti

Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən sosial işçilər üçün təlim keçirilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə “Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri tərəfindən icra olunan “Azərbaycanda

(more…)

AZ | EN